Oğuz rayon sakini intihar edib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xaçmaz kəndi yaxınlığındakı meşəlik ərazidə baş verib.
Belə ki, həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Əfqan Emin oğlu Rəşidovun meyiti ağacdan asılmış vəziyyətdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib. \
Faktla bağlı araşdırmalara başlanılıb.