Oğuzda 2 avtomobil toqquşub, xəsarət alanlar var.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, əvvəlcə “NİVA” və “VAZ-2109” markalı avtomobillər toqquşub daha sonra “VAZ-2109” yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə maşında olan bir neçə nəfər xəsarət alıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)