Oğurluq və narkotik satmağa görə axtarışda olan qadın tutulub

Oğurluq və qanunsuz narkotik dövriyyəsinə görə axtarışda olan şəxs Səbail rayonunda müəyyən olunub.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən xəbər verilib.

Qeyd olunub ki, Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olan Ayşən Həşimova saxlanılıb.

30.11.2022 14:52
549