Bakıda bacı-qardaşı qətlə yetirib anasını yaralamaqda təqsirli bilinən Azər Cəfərovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Musavat.com "Olke.az"a istinadən xəbər verir ki, hadisə Keşlə qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Saqil Qasımzadə və onun 26 yaşlı bacısı Fəridə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.
İş üzrə dindirilmiş Azər Cəfərov ifadəsində bildirib ki, həyat yoldaşının xalası Lətifə Məmmədova, oğulları Samir, Saqil, Fərid və qızı Fəridə ilə birlikdə yaşayıb. Evləri yaxın məsafədə yerləşdiyindən tez-tez gediş-gəlişləri olub.
Aprelin 1-i saat 15:00 radələrində idarə etdiyi avtomaşınla əvvəlcə Əmircan qəsəbəsinə gedərək arvadını və uşağını anasıgilə düşürüb. Özü isə taksi kimi işləmək üçün şəhərin mərkəzinə yollanıb. Həyətinin arxa tərəfindən hasar üçün taxtaları daşımaq lazım olduğuna görə 1 saatdan sonra evə qayıdıb. Köməyə qonşuluqdan Lətifə Məmmədovanın oğlu Saqili evlərindən səsləyib. Sonuncu gələndən sonra bir müddət taxta daşımaqla məşğul olublar.
Avtomobilin icarə haqqını ödəmək, övladının müalicə etdirmək, borclarını qaytarmaq həmçinin gündəlik xərci üçün pul lazım olub. Lakin taksi fəaliyyəti ilə məşğul olmaqla bütün bu ehtiyaclarını ödəyə bilməyib. Bir neçə ay əvvəl işə qəbul olunmuş Məmmədovanın böyük oğlu ona dəfələrlə pul yığdığını dediyi üçün onların evlərində 5 min manata yaxın pul olduğunu ehtimal edib. Hadisədən iki gün əvvəl həmin məbləği ələ keçirmək barədə düşünməyə başlayıb.
Saat 18:00 radələrində taxta parçası ilə qəflətən Saqilin başının arxasından möhkəm zərbə vurub və nəticədə o, huşunu itirərək yerə yıxılıb. Sonra oğlanın əllərini, ayağını və boğazını trosla bağlayıb. Evin qarşısında qalmaması üçün onu avtomobilinin yük yerinə yerləşdirib. Saqil həmin vaxt nəfəs almıyıb.
Bundan sonra siqaret almaq üçün maşını mərkəzi yola tərəf idarə edərkən yanacağı qurtarıb. Buna görə plastmas qab götürüb, piyada yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib. Benzin alıb avtomobilinə tökdükdən sonra artıq hava qaralıb. Lətifə Məmmədovanın evinə tərəf gedərkən onun oğlu Fəridlə rastlaşıb və sonuncu Azəri evlərinə dəvət edib. Qadın onlara yemək süfrəsi açıb. Lətifəyə Saqilin yalandan onun evində olduğunu deyib. Onlar təxminən 15 dəqiqə yemək yedikdən sonra Fəridin dostu gələcəyi üçün birlikdə küçəyə çıxıblar. Fərid tanışı ilə söhbət edə-edə dəmir yolunu keçib aralanmağa başlayıb. Azər də bir qədər həmin istiqamətdə gedib. Sonra isə geri qayıdaraq avtomobilini saxladığı əraziyə qayıdıb.
Azər Cəfərov ifadəsinin davamında bildirib ki, maşında bıçağı götürüb Lətifəgilə yollanıb. Saat 22:00 radələrində qapını açan qadına əlindəki kəsici alətlə öldürmək məqsədi ilə boyun və sinə nahiyəsinə bir neçə zərbə endirib. Qadın bir qədər solda yıxılıb hərəkətsiz vəziyyətdə qalıb. Bu zaman qızı Fəridə evdən çıxıb anasının yıxıldığını görüb qışqırmağa başlayıb. Vaxtı itirmək istəməyən Cəfərov dərhal giriş qapısının yanında hücum edərək bıçaqla qızın boğazından ardıcıl zərbələr vurub. Fəridə yerə yıxılıb və tərpənməyib. Onu sürüyərək həyətdəki avtomaşının qarşısında yerə qoyub. Məqsədi evdən pulu götürüb tez çıxmaq olub. Soldakı arxa otağa girib çarpayının üstündəki pul qabını açıb içərisinə baxıb. Orada 207 dollar və 250 manata yaxın pul olduğunu görüb və vəsaiti cibinə qoyub.
Evdən çıxdıqdan sonra avtomobilinə yanacaqdoldurma məntəqəsində benzin doldurub. Sonra Əmircan qəsəbəsinə gedərək həyətdə qana bulaşmış əlini yuyub. Lətifə ilə qızı Fəridəni vurarkən bıçağın tiyəsi öz əlinidə kəsib. Arvadını, uşağını və qayınanasını götürüb evə gətirib. Yoldaşına hadisə barədə danışmayıb. Sonuncu da heç nədən şübhələnməyib. Onları evdə düşürdükdən sonra maşının yük yerində olan Saqilin metiyi ilə nə edəcəyini fikirləşib. Arvadının bibisi oğluna zəng edərək ona gödəkçə lazım olduğunu bildirib. Onunla görüşüb gödəkçəni götürən zaman ona Fəridəni, Lətifəni və Saqili bıçaqla burduğunu deyib. Qohumu ondan Saqilin harada olduğunu soruşduq da, Azər meyitini qəbristanlığa atdığını deyib. Bir müddət sonra şəhər ərazisində olan zaman Nərimanov rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.
Zərərçəkmiş Lətifə Məmmədova bildirb ki, Azər çıxıb getdikdən sonra özündə güc tapıb sürünə-sürünə evin qapısına çatıb. Oğlu Samir onu yaralı vəziyyətdə aşkar edib və təcili tibbi yardım maşını çağırıb. Sonradan məlum olub ki, Azər oğlunu və qızını öldürüb.
Məhkəmə prosesində Azər Cəfərov ittiham üzrə özünü təqsirli bilib.
Zərərçəkmiş Lətifə Məmmədova məhkəmədən təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini xahiş ediblər.
Sonda məhkəmənin hökmü ilə Azər Cəfərov CM-nin bir neçə maddəsi ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.