Oğlunun ölümündən danışan Əməkdar artist: "Həkim dedi ki, 2 saat ömrü qalıb" - VİDEO

Əməkdar artist Rəhman Rəhmanov müğənni oğlu Emil Rəhmanovun vəfatından danışıb.

Musavat.com xəbər verir ki, "Bizimləsən" verilişinə müsahibəsində aktyor oğlunu xəstəxanaya yerləşdirən zaman həkimlərin onun ömrünə cəmi iki saat qaldığını dediyini vurğulayıb:

"Həkim dedi ki, Rəhman müəllim, siz narahat olmayın. Bir az möhkəm olun. Dedim həkim nolub? Düzünü deyin! Dedi ki, sizin oğlunuzun iki saat ömrü qalıb. O artıq bu dünyanı tərk edir. Məni başa saldı ki, böyrəkləri və ciyərləri fəaliyyətini dayandırıb. Qan ayağında tromb yaradıb. Bundan sonra onu aparata qoşublar. Elə həkiminin dediyi kimi də oldu. Saat 9-da demişdi 2 saat ömrü qalıb, artıq saat 11-də rəhmətə getdi".

Rəhman Rəhmanov müsahibəsi zamanı oğlu Emilin son arzusunun vəfat edən qardaşı İlham Rəhmanovun yanında dəfn edilmək olduğunu deyib:

"Bir ay əvvəl Emil mənə dedi ki, məni İlhamın qəbri üstünə apar. Orada hönkür-hönkür ağladı. Qayıdanda dedi ki, ata ölsəm, məni İlhamın yanında dəfn edin".

Qeyd edək ki, Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanov sentyabrın 19-da səhər saatlarında vəfat edib.

 

05.10.2023 12:25
1008