Oğlundan danışan Zülfiyyə Bayramova: "Dizlərini yerə qoyub, döşəməni silirdi" - VİDEO

ARB telekanalında yayımlanan "Günə Bax" verilişində təsirli anlar yaşanıb.

Musavat.com baku.ws-ə istinadən bildirir ki, verilişin aparıcılarından biri Zülfiyyə Bayramova bir zamanlar əziyyət çəkdiyi onkoloji xəstəlikdən danışıb.

O qeyd edib ki, həyatının ən çətin anlarında oğlu Nahid ona dəstək olub. Ev işlərinə üzərinə götürüb:

"Həkim mənə demişdi ki, sənə infeksiya düşərsə sağalmayacaqsan. Həyatla vidalaşacaqsan. 15 yaşlı oğlum mətbəxdə mənə yemək bişirirdi. Dizlərini yerə qoyaraq döşəməni silirdi".

Xatırladaq ki, Zülfiyyə Bayramova tanınmış aparıcı İlqar Mikayıloğlu ilə evlidir.

 

05.10.2024 19:33
3475