Aktrisa Ülviyyə Xalinbəyovanın oğlu Rasulun səhhətində problem yaranıb.
Bu barədə sənətçi özü məlumat yayıb.
“İki həftə olar ki, instaqramda aktiv deyildim. Çünki uşaqlar xəstə olanda anaların heç nəyə həvəsi olmur. 4 gecə ümumiyyətlə yata bilməmişəm. Rasulun pnevmaniya olmağından xəbərsiz idim. Eşidəndə çox pis oldum. Amma şükürlər olsun ki, həkimi Rasulumu sağaltdı. Uşaq əvvəlki aktivliyinə geri qayıtdı. İştahası normala döndü”.
Qeyd edək ki, Ülviyyənin Murad İsmayılla olan evliliyindən iki oğlu var./Sfera.az