"Çox oğlan deyib ki, "filan qızı almaram", baxmışam alıb, indi də 4 uşağı var".
Bu sözləri müğənni Manaf Ağayev "Rəngarəng səhər" verilişində deyib.
Ağayev övladının ailə qurmaq barədə verəcəyi qərarlara qarışmayacağını bildirib:
"Mən onun qərarına qarışmaram. Oğlumun seçimidir. Sevgi yaşa baxmır. İstəsə, rəqqasə də ala bilər. Nə olur ki? Oxuyanlara nə olub ki? Əvvəldən demək olmaz"./bakıvaxtı.az