Oğlan sevdiyi qızla ayaqyolunda görüşdü, qız hamilə qaldı, ekspertiza isə... – ŞOK

Balakən rayonunda 2003-cü il təvəllüdlü Qafar yetkinlik yaşına çatmayan həmyerlisi Leylaya (adlar şərti verilib – red.) təcavüz edib.

Hadisə Balakən rayonunun kəndində baş verib.

Qafar orta məktəbin həyətindəki tualetdə 2023-cü ilin yanvar ayının sonunda bir dəfə, 2023-cü ilin fevral ayının sonunda bir dəfə, həmin il martın 23-də də bir dəfə Leyla ilə onun razılığı əsasında seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Qafarın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qafar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər heç vaxt məhkum olunmayıb və psixi xəstəliklər keçirməyib: “Balakən rayonunun kəndində valideynlərimlə birlikdə yaşayıram. Heç bir yerdə işləmirəm. Zərərçəkmiş Leyla bacım Fəridənin qonşuluğunda yaşayır. Onunla həqiqi hərbi xidmətə getməzdən əvvəl tanış olmuşam.

Leylanın “İnstaqram” səhifəsinə özümə məxsus “Qafar” adlı “İnstaqram” səhifəmdən SMS-lər göndərərək onunla yazışmışam. Aramızda sevgi münasibəti olub, amma heç bir intim münasibətlərimiz olmayıb, cinsi əlaqəyə girməmişik”.

“Məktəbin həyətindəki tualetdə görüşdük”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci il iyulun 21-də həqiqi hərbi xidmətə gedib: “Həqiqi hərbi xidmətdə mobil telefondan və internetdən istifadə edə bilmədiyimə görə Leyla ilə əlaqə saxlamamışam. 2022-ci ilin aprelin axırında həqiqi hərbi xidmətdən məzuniyyətə göndərildim. Məzuniyyət müddətində də Leyla ilə “İnstaqram” səhifəsindən SMS yazaraq əlaqə saxladım.

Leylanın özününü mobil telefonu olmadığından onunla zəngləşməmişik, “Votsap” sosial şəbəkəsi vasitəsi ilə də əlaqə saxlamamışıq. O, nənəsi Fatiməyə məxsus mobil telefondan internetə girib və “İnstaqram”dan mənimlə yazışıb.

Məzuniyyətə gəldikdən bir neçə gün sonra, səhv etmirəmsə həftənin bazar günü Leyla ilə bir dəfə onun yaşadığı evin yaxınlığında yerləşən orta məktəbin həyətində görüşdük və söhbət etdik. Bazar günü olduğundan məktəbdə müəllimlər və şagirdlər yox idi. Kənardan bizi görən olmasın deyə məktəbin həyətindəki tualetə girərək görüşdük. Lakin cinsi əlaqəyə girmədik”.

“Cinsi əlaqədə oldum”

Qafar bildirib ki, həqiqi hərbi xidmətdən 2023-cü ilin yanvarın 8-də tərxis olunub:

“Xidmətdən qayıtdıqdan sonra Leyla ilə yenidən “İnstaqram” vasitəsi ilə əlaqə saxladım. 2023-cü ilin yanvar ayının sonunda, dəqiq tarixini xatırlamadığım vaxtda orta məktəbin həyətindəki tualetdə görüşdük. Orada Leylaya cinsi əlaqədə olmağı təklif etdim. O mənə evlənmədən cinsi əlaqədə olmayacağını bildirdi.

Leylaya onsuz da evlənəcəyimizi dedim və qeyri-təbii yolla cinsi əlaqədə olmağa icazə verməyini xahiş etdim. Leylanın razılığı ilə onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə oldum”.

“Çox peşmanam”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, növbəti dəfə 2023-cü ilin fevralın sonunda yenidən Leyla ilə orta məktəbin həyətindəki tualetdə görüşüb və onunla bir dəfə razılığı ilə eyni qaydada cinsi əlaqədə olub:

“Sonuncu dəfə isə həmin il martın 23-də məktəbin həyətindəki tualetdə görüşdük, yenə onun razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Leyla ilə heç vaxt təbii yolla cinsi əlaqədə olmamışam. Qeyri-təbii yolla cəmi 3 dəfə onun öz razılığı ilə cinsi əlaqədə olmuşam.

Törətdiyim əmələ görə çox peşmanam. Leyla yetkinlik yaşına çatandan sonra onunla evlənmək fikrim var”.

“Aramızda sevgi münasibətləri olub”

İş üzrə zərərçəkmiş Leylanın sözlərinə görə, hazırda Balakən rayonunun kəndində nənəsi Fatimənin himayəsindədir:

“Valideynlərim Türkiyə Respublikasında yaşayırlar. Mən orta məktəbin 9-cu sinfini bitirmişəm. 2021-ci ildə qonşumuz Fəridəgildə onun qardaşı Qafarla tanış oldum. Aramızda sevgi münasibətləri yarandı. Qafar əsgərliyə gedənə sevgi münasibətimiz davam etdi. Qafarı sevdiyimi Fəridə də bilirdi.

Mənim öz mobil telefonum yoxdur və olmayıb. Nənəm Fatimənin mobil telefon nömrəsindən istifadə edərək özümə məxsus olan “İnstaqram” səhifəsindən Qafarın səhifəsinə yazaraq onunla əlaqə saxlamışam. Nənəmin xəbəri olmasın deyə Qafarla mobil telefonla və ya “Votsap” vasitəsilə əlaqə saxlamamışam. Yalnız “İnstaqram” səhifəsində yazışmışam”.

“Qucaqlaşdıq, öpüşdük”

Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin təxminən may ayında Qafar əsgər gedib: “Əsgərlikdə Qafar mobil telefondan və “İnstaqram” səhifəsindən istifadə edə bilmədiyinə görə əlaqə saxlaya bilməmişik.

Təxminən 10 ay sonra əsgərlikdən məzuniyyətə qayıtdığı zaman yenidən “İnstaqram” vasitəsi ilə əlaqə saxlamağa başladıq. Bir neçə dəfə də orta məktəbinin həyətində dərs olmayan günləri, yəni həftənin 6-cı və bazar günləri görüşüb danışdıq. Qafar mənimlə cinsi əlaqədə olmaq istəsə də, həmin vaxtı razılıq vermədim. Ancaq evlənəndən sonra cinsi əlaqədə ola biləcəyimizi ona dedim. Orta məktəbin həyətindəki tualetdə qucaqlaşdıq, öpüşdük, lakin cinsi əlaqəyə girmədik”.

“Razılıq verdim”

Leylanın ifadəsinə görə, 2023-cü ilin əvvəlində Qafar həqiqi hərbi xidmətdən qayıdıb: “Onunla yenə “İnstaqram “ vasitəsi ilə əlaqə saxlamağa başladım. Gələndən təxminən 10-15 gün sonra, həftənin 6-cı və ya bazar günü görüşdük. Qafar danışa-danışa məni orta məktəbin tualetinə apardı. Tualetdə Qafar mənə cinsi əlaqədə olmağı təklif etdi. Mən razı olmadıqda, onsuz da 16 yaşım bitəndən sonra mənimlə evlənəcəyini, əsgərliyə getməzdən əvvəl mənə bunu demədiyini, artıq əsgərliyini də başa vurduğunu, buna görə də mənə evlənmək təklifi etdiyini bildirdi.

Evlənmədən onunla cinsi əlaqədə olmaq istəmədiyimi yenə dedim. Qafar məndən qeyri-təbii yolla cinsi əlaqədə olmağa razı olmağımı xahiş etdi. Qafar çox xahiş etdiyinə görə ona razılıq verdim”.

“Cinsi əlaqədə olduğumuzu heç kim bilməyib”

Leyla qetd edib ki, 2023-cü ilin təxminən yanvarın sonlarında Qafarla ilk dəfə orta məktəbin tualetində qeyri-təbii yolla cinsi əlaqədə olublar:

“Ondan sonra da Qafarla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşam. Həmişə 6-cı və ya bazar günləri, yəni dərs olmayan günləri orta məktəbin tualetində görüşürdük. Təxminən ayda bir dəfə həmin yerdə Qafarla qeyri-təbii yolla cinsi əlaqədə olmuşam.

Cinsi əlaqə zamanı özümdə olmamışam, yəni həyəcan keçirmişəm. Qafar mənə qarşı heç vaxt zor tətbiq etməyib. Öz xoşumla cinsi əlaqədə olmuşam. Münasibətlərimizi onun bacısı Fəridə də bilirdi. Başqa heç kimin heç nədən xəbəri olmayıb”.

“Mənə maddi və mənəvi ziyan vurulub”

Zərərçəkmiş qeyd edib ki, Qafar ona şəkillərini yayacağını deməyib: “Bizim şəkillərimiz olmayıb. Qafarla bir dəfə təbii yolla cinsi əlaqədə olduğumu, hamilə qaldığımı demişəm. Hamilə qaldığımı deməsəm, mənə heç kimin inanmayacağını fikirləşmişəm. Nənəmin qınağından qorxmuşam. Buna görə də Qafarın məni şəkillə təhdid etdiyi üçün onunla cinsi əlaqədə olduğumu bildirmişəm. Halbuki bizim şəklimiz olmayıb.

Qafar mənə qarşı zor tətbiq etməyib və məni təhdid etməyib. Mənimlə təbii yolla cinsi əlaqədə də olmayıb. Mənə 2000 manat məbləğində maddi və mənəvi ziyan vurulub”.

Ziyan ödənilib”

İş üzrə zərərçəkmiş Leylanın qanuni nümayəndəsi olan nənəsi Fatimənin sözlərinə görə, anası Leylanı ona tapşıraraq gedib: “Leylaya görə mən cavabdehlik daşıyıram.

Qafar əsgərliyə getməmişdən qabaq Leyla ilə telefonla danışırdı. Leylanı buna görə dəfələrlə döymüşəm. Qafar əsgərlikdən qayıtdıqdan sonra bunların arasında yenidən macəralar başladı. 2023-cü il mayın 10-da Leylanın ürəyi bulandı, öyüməyə başladı. Mayın 11-də onu UZİ-yə apardım. Orada Leylanın 8 həftəlik hamilə olduğunu bildirdilər. Xəstəxanadan polisə zəng vuruldu. Sonra polis şöbəsinə getdik.

Onların intim əlaqələri barədə xəbərim olmayıb. Mənə Leyla heç nə deməyib. Uşaq 7-ci sinifdə oxuyanda telefon danışıqlarından məlumatım olub. Mənim telefonumla danışıblar. Səlim və Əli ilə də elə-belə telefonla danışıblar. Qafarın valideynləri tərəfindən neçə dəfə barışıq üçün müraciətlər olunub. Vurulan ziyan mənə ödənilib. Bu səbəbdən Qafarla barışıq əldə edilib”.

Zərərçəkmişə 6 min manat niyə ödənilib?

Cinayət işində olan ekspertiza rəyindən məlum olur ki, Leylanın qızılıq pərdəsi pozulmayıb. Rəydə deyilir ki, qızlıq pərdəsinin pozulmadan da spermanın uşaqlıq yoluna daxil olması nəticəsində hamilə qalmaq mümkündür.

Ekspertlərin 2023-cü il tarixli arayışa əsasən, Leylada uşaqlıq boşluğunda həmin vaxt 7-8 həftəlik hamiləlik təyin edilib.

Keçirilmiş ekspertiza nəticəsində müəyyən edilib ki, zərərçəkmiş şəxsin hamiləliyi pozulduqdan sonra bətnindən götürülmüş qadın cinsindən olan dölün bioloji atası 99,99 faiz ehtimalla təqsirləndirilən şəxsdir.

İş materiallarına əlavə olunmuş sənəddə qeyd olunub ki, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi ziyana görə məhkəmə dövründə təqsirləndirilən şəxslərin qohumları tərəfindən 4 min manat, istintaq dövründə isə 2 min manat olmaqla cəmi 6 min manat təzminat ödənilib.

Bu cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Qafar 1 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 31 yanvar 2024-cü ildən hesablanması qərara alınıb./Teleqraf.com

16.07.2024 16:01
2299