Müğənni Nüşabə Musayevanın qızı Elnarənin Türkiyənin Mersin şəhərində oğlan toyu olub.
Türk vətəndaşı Oğuzhan Kaya ilə ailə quran Elnarənin məclisində qohumları da iştirak edib.
Nüşabə el şənliyində oğlan evinin üzvləri ilə qol qaldırıb, rəqs edib. Diqqətçəkən məqam isə Musayevanın qızı ilə kürəkəni rəqs edən zaman başlarına yüzlük türk lirələrini şabaş atması olub.
Toydan görüntüləri təqdim edirik. (Bizim.media)