Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan Robert Köçəryanın iki aydan artıqdır ki, Ermənistanda olmaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Mikoyan “Yerevan.Today”ın sualına cavab olaraq bunları deyib:
“Xatırladıram ki, dekabrda Köçəryanın müalicə üçün ölkəni tərk etməsinə icazə verilməsi üçün məhkəməyə vəsatət verilmişdi. Məhkəmə vəsatəti rədd edib. Və sırf bu səbəbdən prezident ölkədə müalicə olunmaması üçün iddia müddətinin bitdiyini əsas gətirərək işin dayandırılmasına razılıq verdi. Vəkil bu məsələ ilə bağlı aydın izahat verib.
Bəli, Köçəryan bir müddətdir xaricdədir. Səyahət şəxsi və yalnız yuxarıda göstərilən məqsədlər üçündür”.
Köçəryanın nümayəndəsinin sözlərindən belə çıxır ki, o, xaricə müayinə üçün yox, məhz müalicə üçün gedib. İki aydan artıq müddətdə müalicə aparılması isə yalnız ağır xəstələrə xasdır. Belə çıxır ki, Köçəryan ağır xəstəlikdən əziyyət çəkir, ya da tərəfdarları onun ölkədən qaçdığı versiyasını təkzib etmək üçün xəstəlik amilindən yararlanırlar. (Publika.az)