Son zamanlar çıxışları ilə diqqət çəkən müğənni Ofeliya Şabanova onkoloji xəstəlikdən əziyyət çəkir.
O, bu xəbəri yeni öyrəndiyini deyərək "Bəzi aparıcılar inciməsin, dəvət edirlər gələ bilmirəm. İnşallah hər şey yaxşı olar. İki körpə balam var. Allah məni onlara bağışlayar" deyə bildirib.
Bununla bağlı AZXEBER.COM-a danışan müğənninin köməkçisi xəbərin doğru olduğunu və bu haqda açıqlama vermək istəmədiyini deyib.