Ödənişli yolda AĞIR QƏZA - Ölən və yaralananlar var

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Məlumata görə, "BMW" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü Cəfər Həsənov aldığı xəsarətlərdən yerindəcə keçinib.

Avtomobildə olan digər sərnişinlər - 2002-ci il təvəllüdlü Emin Xudiyev, 2003-cü il təvəllüdlü Nərmin Təhməzova, 1998-ci il təvəllüdlü Qocayeva Leyla müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Ölən və xəsarət alanların hamısı Bakı şəhər sakinidirlər.

Faktla bağlı araşdırma aparılır.//Report

13.01.2024 15:37
1548