Ödəmə terminalından 5 min manat oğurladı

Bakı şəhəri, Suraxanı rayonunda ödəmə terminalından 5 min manat oğurlanıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polislərin həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

30.12.2024 09:51
665