Öcalanın müraciəti nəticəsini verdi - kürdlərin partiyası görüşlərə başlayır

Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiyası) heyətinin martın 17-də AK Partiyaya səfər edəcəyi açıqlanıb.

Musavat.com xəbər verir ki, heyət həmin gün AKP ilə ittifaqdaolan MHP-yə də baş çəkəcək. DEM Partiyasının nümayəndə heyəti martın 10-da CHP-yə, 15-də isə Yeni Rifah Partiyasına səfər edəcək.

Məlumat üçün bildirək ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalan ötən həftə rəhbərlik etdiyi təşkilatı tərk-silah olmağa və özünü buraxmağa çağırış etmişdi. Onun bu çağırışı həbsdəki digər kürd lideri Səlahəddin Dəmirtaş tərəfindən dəstəklənmişdi.

Cavanşir ABBASLI
Musavat.com

08.03.2025 17:02
703