Seçki ərəfəsində ABŞ-ın keçmiş prezidenti Barak Obama mütəmadi olaraq hazırkı Prezident Co Baydenlə ünsiyyət qurur və seçki yarışında onu dəstəkləyir, lakin onların münasibətləri həmişə belə yaxın olmayıb.
Hazırda Ağ Evdə işləyən prezidentin müşavirləri bu qərarın Baydenin bəzi köməkçiləri arasında inamsızlıq və davamlı narazılığa səbəb olduğunu bildirirlər. Onların fikrincə, Obama 2016-cı ildə tarixin gedişatını dəyişə və Trampı məğlub edə biləcək Baydendən imtina edib.
Hətta 2019-cu ildə Obama Demokratların yeganə namizədi olana qədər hazırkı ABŞ prezidentini açıq şəkildə dəstəkləməkdən çəkinib. Buna baxmayaraq, o, Baydenin seçki kampaniyası üçün onların birgə fotoşəkillərindən istifadə etməyə razılıq verib və şəxsən onu dəstəkləyib.//Oxu.az