“OBA”dakı yanğında xəsarət alan şəxslərin SON DURUMU

Bu gün səhər saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, “OBA” marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Musavat.com-un məlumatına görə, TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, təcili tibbi yardım briqadası 3 qadını müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə edib: "Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib. Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

27.02.2025 11:39
559