"O foto kiminsə "TikTok"da "jeton" toplamaq niyyəti ilə çəkilib" - Elşad Hacıyev saçı qırxılan gəncdən danışdı

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması iddiaları ilə bağlı daha bir açıqlama verib.

Musavat.com-un xəbərinə görə, bu mövzuda DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev feybukda status yazıb.

"Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda "jeton" toplamaq niyyəti ilə çəkilib".
 
18.01.2023 17:03
1014