O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ - FOTO

Hollivud aktrisası Natali Portman boşandıqdan sonra imicini kökündən dəyişib.

Bu barədə "People" məlumat yayıb.

43 yaşlı Natali Portman Parisdəki Çatelet Teatrında keçirilən 68-ci "Qızıl top" mərasiminə qatılıb.

O, ictimaiyyət qarşısına çıxmaq üçün dərin dekolteli tünd göy məxmər paltar seçib.

Pərəstişkarlarının diqqətini çəkən aktrisa saç düzümü ilə də göz oxşayıb. O, imicini kökündən dəyişib - saçını kare kəsib və onu qıvrımlarla üslub verib.

Martın 8-də məlum oldu ki, Natali Portman xoreoqraf Benjamin Millepied ilə boşanma prosesini tamamlayıb. Aktrisanın nümayəndəsi ktrisanın ötən ilin iyulunda boşanma ərizəsi verdiyini və yalnız fevralda prosesin rəsmən başa çatdığını bildirib. (Publika.az)

01.11.2024 14:44
833