Bu gün Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən bir il ötür. Tam bir il öncə sentyabrın 19-da 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən erməni seperatçıları tam şəkildə tərksilah edildi, onların əsas rəhbərləri həbs olundu, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Və üçrəngli bayrağımız Xocalıda, Xankəndidə də dalğalandı.
Azərbaycan bu bir il ərzində antiterror tədbirlərinin daha hansı uğurlu nəticələrini qazanmış oldu?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com