Bir həftə əvvəl Nyu-York şəhərinin polis komissarı vəzifəsinə təyin edilən Tomas Donlonun evində axtarış aparılıb.
“Report” xəbər verir ki, Donlon özü bu məlumatı “CBS News”a təsdiqləyib.
“Federal səlahiyyətlilər evlərimdə axtarış aparılması barədə qərar əldə ediblər. Təxminən 20 il əvvəl mənim əlimə keçən və Nyu-York Polis Departamentindəki işimlə bağlı olmayan materialları müsadirə ediblər”, - deyə o qeyd edib.
Qeyd edək ki, Donlon FTB-nin Milli Təhdid Mərkəzinə, eləcə də Nyu-York şəhərinin Daxili Təhlükəsizlik Departamentinə rəhbərlik edib. O, 1993-cü ildə Dünya Ticarət Mərkəzinə və 1998-ci ildə Amerikanın Afrikadakı səfirliklərinə edilən terror hücumlarının araşdırılmasında iştirak edib.