Nyu-Yorkdan partlayışları əks etdirən video sosial mediada paylaşılır.
Musavat.com xəbər verir ki, hadisə şahidləri Manhettendə, Ruzvelt adasında və Kvins yaxınlığında partlayışların baş verdiyini bildiriblər.
Yerli media yazır ki, nəticədə binalar silkələnib və yeraltı təkanlar hiss olunub. Səlahiyyətlilər vəziyyəti şərh etmirlər.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir.
WABC yazır ki, hadisənin səbəbi hələ müəyyən edilməyib.
Afaq,
Musavat.com