Nyu-Yorkda helikopter çaya DÜŞDÜ: Ölən var - VİDEO

Nyu-Yorkda Hudson çayı və körpü yaxınlığında helikopter qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, hazırda hadisə yerində qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlər aparılır.

Əvvəlcə qəza zamanı bir neçə nəfərin həyatını itirdiyi ehtimal olunurdu. Lakin Nyu-York polisi sonradan açıqlama verərək, qəza nəticəsində bir nəfərin öldüyünü təsdiqləyib.

Qəzanın səbəbləri hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. 

 

Musavat.com

11.04.2025 01:01
304