Nyu-Yorkda Fələstinə dəstək nümayişləri keçirilib, iştirakçılar 3 körpünü və Hollandiya tunelini bağlayıblar.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, polis 300-dən çox iştirakçını saxlayıb.
Bu barədə danışan polis rəisi Con Çell bildirib: “Bu gün saat 9:40-da etirazçılar 3 körpünü və Hollandiya tunelini bağlayıblar. Səhər saat 11:15-də biz 325 nəfəri həbs edərək ərazini təmizləyə bildik”.
Polis rəisi bildirdi ki, bir çox iştirakçılar yüngül qanun pozuntularında ittiham olunacaqlar.
Musavat.com