Nyu-York yaxınlığında daha bir zəlzələ oldu

ABŞ-nin Nyu-York şəhəri yaxınlığında 4 maqnitudada zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Geoloji Xidməti xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Nyu-Cersi ştatının Qladstoun şəhərindən 7 km kənarda, zəlzələ ocağı 9,4 km dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.

06.04.2024 04:44
705