NYT: İsrail heç vaxt HƏMAS-ın tam məhvinə nail ola bilməyəcək


İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi cəhətdən əlindən gələn hər şeyi edib və qruplaşma ötən ilin oktyabrın 7-dəki miqyasında hərəkat planlaşdırmaq və ya həyata keçirmək iqtidarında deyil.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Eyni zamanda nəşrin mənbələri qeyd edib ki, İsrail heç vaxt qrupu tam məhv edə bilməyəcək və Qəzzada Həmas tərəfindən saxlanılan 115 ölü və ya diri girovun azad edilməsini təmin etmək üçün razılaşma lazımdır.

Qəzetin xəbərinə görə, amerikalı general Cozef Votel ABŞ Mərkəzi Komandanlığına “İsrail HƏMAS-ı məğlub etməyi, onun bir sıra liderlərini öldürməyi və 7 oktyabrdan əvvəl İsrail üçün təhlükəni əhəmiyyətli dərəcədə azaltmağı bacardı” deyib və HƏMAS-ın “saylarının azaldığını” bildirib.

“Həmas böyük ölçüdə tükənib, lakin məhv edilməyib və israillilər heç vaxt HƏMAS-ın tam məhvinə nail ola bilməzlər”, -deyə MKİ-nin keçmiş yüksək rütbəli rəsmisi, Yaxın Şərqdə xidmət etmiş Ralf Qoff qəzetə bildirib.

Musavat.com

15.08.2024 14:57
278