"Nvidia" "Microsoft"u qabaqladı

Amerikanın qrafik prosessor istehsalçısı "Nvidia Corp." kapitallaşmaya görə dünyanın ən böyük şirkətləri siyahısında "Microsoft Corp"u keçərək ikinci yeri tutub.

Musavat.com "MarketWatch"a istinadən xəbər verir ki, dünən "Nvidia" səhmləri 2,4 faiz bahalaşıb, onların qiyməti ilk dəfə 138 dollardan yuxarı qalxıb.

Beləliklə, şirkətin bazar dəyəri 3,31 trilyon dollara çatıb. "Microsoft"un kapitallaşması isə 3,12 trilyon dollar təşkil edir.

Siyahıda birinci yerdə olan "Apple Inc." 3,52 trilyon dollar kapitallaşmaya malikdir.

İlin əvvəlindən bəri "Nvidia" birja kotirovkaları süni intellekt texnologiyalarının populyarlığı və yeni "Blackwell" çiplərinin satışı ilə bağlı yüksək gözləntilər sayəsində 2,8 dəfə artıb.

Musavat.com

15.10.2024 14:43
242