Nüvə mərkəzinə Rəisinin adı verildi

İranın İsfahan şəhərində yerləşən Nüvə Uranı Emalı Mərkəzi ötən həftə helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisinin adını daşıyacaq.

Musavat.com İran telegram kanallarına istinadən xəbər verir ki, bu barədə Mərkəzin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, mərhum prezident ölkədə nüvə sənayesi və nüvə texnologiyasının inkişafına xüsusi diqqət yetirib.

Musavat.com

26.05.2024 00:25
716