Nüvə bombası partladı, 22 min əsgərin sümüyü birdən sındı - İngiltərənin BİABIRÇI NÜVƏ SINAĞI

“Elm atom bombasını kəşf etdi, lakin əsil pislik insanların beyinlərində və qəlblərindədir” - Albert Eynşteynin fayda verməyən peşmanlıq sözlərindən biri...

Dünya şöhrətli alim elm dünyasına ilk addımlarından ömrünün sonuna qədər insanlığın onun ixtiraları ilə özünü soyuqqanlılıqla məhvə aparmağına acı-acı tamaşa edirdi.

Alman xalqının bir deyimi var - “İstənilən müqayisə ədalətsizdir.” Azərbaycan xalqı isə belə məsələlərə bir az fərqli yanaşır - “Hərənin dərdi özünə dəvədir”.

WhatsApp Image 2024-08-23 at 11.53.19 (1).jpeg (13 KB)

Mövzu Hiroşima və Naqasaki deyil. Bu şəhərlər düşmən təyyarələri ilə bombalanmışdı.

Müharibədən “qalib” olaraq ayrılan İngiltərənin 22 min əsgərinin başına gətirdiyi müsibətdən bəhs edəcəyik. Daha dəhşətlisi isə müsibət II Dünya müharibəsi rəsmən sona yetdikdən sonra baş vermişdi.

WhatsApp Image 2024-08-23 at 11.53.20 (1).jpeg (27 KB)

Dünyanın istənilən ordusunda əsgərlər rəislərin və komandirlərin istənilən əmrlərinə sözsüz tabe olmağa məcburdurlar. Bu əmrlər çox vaxt qəfil verilir və əsgərin o əmrlərin mahiyyətini anlamağa bəzən heç vaxtları olmur...

1950-ci illərdə İngiltərənin 22 min əsgəri Avstraliya sahillərində bir adaya göndərilir. Sirli adaya çatana qədər onların ora nə məqsədlə göndərilməsi müəmmalı qalır. Müharibə rəsmən başa çatdığı üçün əsgərlər demək olar təlaş keçirmirlər. Mənzil başına çatan əsgərlərə gəmidən enməmək, gəminin göyərtəsinə çıxmaq əmri verilir. Bütün əsgərlər göyərtəyə çıxdıqdan sonra onların hamsına üzü qeyd olunan tərəfə dayanıb oturmaq və əlləri ilə gözlərini örtmək əmr olunur. Komandirlərin bütün əmrlərini dərhal yerinə yetirən əsgərlər hələ də bura nə üçün gətirildiklərini, nə məqsədlə bu formada dayanmağa məcbur olduqlarını bilmirlər.

Qəfildən nüvə bombası partlayır! Bunun ehtimalını belə ağlına gətirməyən əsgərlər öncə dəhşətli şok keçirirlər. Hərb elmi onlara bu silahların müharibə dövründə düşmən təyyarələri tərəfindən şəhərlərə atılmasını öyrətmişdi. Sınaq məqsədi ilə isə insansız, yaşayış yerlərindən uzaqlara atıla bilərdi. Bomba onlara kifayət qədər yaxın məsafədə partladılmışdı və əsgərlər bağlı gözlərindən əllərinin sümüklərini görmüşdülər. Partlayışın işığı o qədər güclü idi ki, şüalər sözün həqiqi mənasında əsgərlərin dərilərini və sümüklərini keçib onların rentgenini çəkmişdi.

WhatsApp Image 2024-08-23 at 11.53.20 (2).jpeg (23 KB)

Şiddətli şüadən sonra bombanın şok dalğası başlandı. Ətrafa səpələnən əsgərlərin əskəriyyətinin sümükləri sındı. Bəziləri isə şokdan ağlamağa başladılar və ya şoka girdilər.

Sınaq bitdi, amma işgəncəsi uzun illər davam etdi. Sağ qalan “şanslı” əsgərlər çox güclü radiasiyaya məruz qalmışdılar. Bu radiasiya sınaqda iştirak edən 19 min əsgəri müxtəlif xəstəliklərdən həyatdan qopardı.

WhatsApp Image 2024-08-23 at 11.53.20.jpeg (28 KB)

Həyatda qalan çox az sayda əsgər isə bir ömür müxtəlif fiziki-psixoloji xəstəliklərlə yaşamağa məhkum oldu və övlad sahibi ola bilmədilər.

Bu dəhşətli sınaqdan tək “qazancları” isə “Nüvə Sınağı Medalı” oldu.

Eynşteyn 1955-ci ildə vəfat edib. Bu sınaq isə 50-ci illərdə həyata keçirilib. Görəsən, alim o medalı görmək əzabını da yaşayıbmı?

Şahanə Rəhimli
Musavat.com

23.08.2024 12:00
1753