Nuridə Allahyarova vəzifəsindən AZAD EDİLDİ

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova vəzifəsindən azad olunub.

Musavat.com xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

Məlumata görə, N.Allahyarova həmçinin nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən də çıxarılıb.

22.02.2023 14:20
1508