Nura Suri onu təhqir edən izləyicisindən DİN-ə şikayət etdi, barəsində tədbir görüldü

Müğənni Nura Suri sosial şəbəkədə barəsində təhqir yazan izləyicisindən Daxili İşlər Nazirliyinə müraciət edib.

Musavat.com bildirir ki, bu barədə müğənni Facebook səhifəsində yazıb. Müğənninin sözlərinə görə həmin şəxsin kimliyi artıq hüquq mühafizə orqanları tərəfindən müəyyən edilib, barəsində qanuni tədbirlər görüləcək:

"Haqqımda Facebook-da status yazan şəxs barəsində Daxili İşlər Nazirliyinə yazdığım şikayətə baxıldı, şəxs müəyyən olunub tapıldı, haqqında qanunla tədbir görüləcək.
Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsinə minnətdarlığımı bildirirəm.

Status və şərhlərdə insanları təhqir edənlərin nəzərinə! Klaviatura arxasında evinizdə oturub insanları təhqir edənlər, hədə-qorxu gələnlər, bir gün qapınız döyüləcək və qanun qarşısında cavab verəcəksiniz".

Xalidə Gəray
Musavat.com

94d280cc-9b6b-4b01-9fc5-934347716aab.jpg (125 KB)

21.08.2023 20:48
2009