Nura öz yalanını ifşa etdi - Onu güdən şəxsin kimliyi bilindi - VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl müğənni Nura Suri tanımadığı kişi tərəfindən izlənildiyi ilə bağlı sosial şəbəkə hesabında videomüraciət yayımlayıb.

"Baxın, həmin oğlan yenə məhəllədədir, arxamca gəlir"

Musavat.com bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "İncə səhər" verilişində təhlükə saçan hadisə ilə bağlı açıqlama verib.

Nura bildirib ki, bunu ad günü ərəfəsində çıxardığı mahnı və klipinin "piar"ı üçün edib:

"Xarici müğənnilər və tanınmışlar bir mahnını çıxarmazdan əvvəl belə bir "promo" videolar çəkib sosial şəbəkə hesabında paylaşırlar. Bu videonu isə daha peşəkar səviyyədə çəkirlər. Düşündüm ki, bunu peşəkar səviyyədə çəksəm, bizimkilər tutacaq. Ona görə də qərar verdim ki, telefonun kamerasına çəkim. Bunu biz etdik və bir də baxdım ki, bu videonu bütün saytlar yayımlayıb və bu barədə xəbər yazıblar. Deyirlər ki, "yalançının evi yandı, heç kim ona inanmadı" (gülür)".

15.04.2024 12:00
1399