Numan Kurtulmuş Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycana səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Numan Kurtulmuş iyulun 11-də Şimali Kipr Türk Cümhuriyyətinə, iyulun 12-də isə Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Numan Kurtulmuş Prezident İlham Əliyevlə və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

09.07.2023 22:47
408