Novxanıda işçi istirahət mərkəzinin qarşısındanqadının maşınını oğurladı

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, hadisə avqustun 19-u saat 14 radələrində Binəqədi rayonu Novxanı bağları sahəsinin ərazisində yerləşən istirahət mərkəzinin qarşısında baş verib.

Mərkəzin qarşısında park edilən paytaxt sakini olan bir qadına məxsus “Hyundai” markalı avtomobil qaçırılıb. Hadisəni törətmiş həmin obyektdə çalışan Natiq Qasımov Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

21.08.2024 12:20
365