Novruzə Adilova VƏFAT ETDİ

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Novruzə Adilova vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə BDU-nun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Novruzə Adilova 2017-ci ildən BDU-nun Dünya iqtisadiyyatı kafedrasında baş müəllim kimi fəaliyyət göstərib.

10.12.2024 15:19
1122