Novella Cəfəroğlu: "Bu günə qədər bu cür aktiv seçki görməmişdim"

"64 dairədə təşkilatımızın 500-ə yaxın müşahidəçisi var. Özüm şəxsən 7 məntəqədə müşahidə aparmışdım. Həqiqətən də bu günə qədər bu cür gur, aktiv seçki görməmişdim".

Bu sözləri hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Musavat.com-a açıqlamasında deyib.

"İnsanlar böyük əhval-ruhiyyə ilə seçkiyə gedirlər. Müşahidəçilərimiz də seçicilərdən seçki ilə bağlı təəssüratlarını soruşublar. Yaşlısından tutmuş gəncinə qədər hər kəs çox böyük həvəslə seçkidə iştirak etdiyini bildirirlər", - deyə Novella Cəfəroğlu qeyd edib.

Xalidə Gəray,
Musavat.com

07.02.2024 12:45
614