Növbədənkənar parlament seçkiləri keçiriləcək? –YAP-çı deputat DETALLARI AÇIQLADI + VİDEO

“Yeni Azərbaycan Partiyasının üzvü olaraq bəyan edirəm ki, hakim partiyada növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı hər hansı müzakirə olmayıb. Əgər belə bir müzakirə olsaydı, mən də orada iştirak edərdim”.

Medianews.az xəbər verir ki, bu barədə YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov “TV Musavat”ın efirində bildirib.

O qeyd edib ki, erkən seçkilərin keçirilməsi ilə bağlı qərarlar yalnız zərurətdən irəli gələrək verilir.

Millət vəkilinin sözlərinə görə, regionda yeni reallıqların yarandığı, Azərbaycanın tamamilə yeni dövrə qədəm qoyduğu bir zamanda növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar da qərar verilə bilər və bu, YAP sədri, ölkə rəhbəri kimi cənab İlham Əliyevin səlahiyyətindədr: “Ancaq qəti olaraq bildirirəm ki, hazırda bu barədə YAP-da hər hansı iclas və ya müzakirə keçirilməyib. Əgər kimsə iddia edirsə ki, artıq qərar verilib, bu il növbədənkənar parlament seçkiləri keçiriləcək, bilin ki, yalan danışır. Belə bir qərar yoxdur”.

Daha ətraflı videomüsahibədə:

04.03.2024 16:05
1358