Rusiyanın Türkiyədə qaz qovşağının yaradılmasında iştirakına dair yol xəritəsi razılaşdırılır və yaxın vaxtlarda konkret razılıq əldə oluna bilər.
Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya və Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yekunlarına dair “Rossiya-24” telekanalına müsahibəsində deyib.
O, Türkiyədən Rusiyaya xəritəni müzakirə üçün nümayəndələrin gələcəyini bildirib: “Hazırda yol xəritəsi razılaşdırılır, Türkiyə nümayəndə heyəti “Qazprom”un bu sahədəki gördüyü işlərlə tanış olmaq üçün Sankt-Peterburqa gəlməyi planlaşdırır. Əminəm ki, yaxın vaxtlarda bu layihənin praktiki həyata keçirilməsi ilə bağlı razılaşmalar əldə olunacaq".
Musavat.com