Novakdan iddialı açıqlama: Nefti istənilən qiymətinə dözə bilərik...

Rusiya neftin istənilən qiymətinə tab gətirəcək.

Musavat.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının karbohidrogenlərdən asılılığı azalır:

“Ümumiyyətlə, strateji baxımdan biz iqtisadiyyatımızın karbohidrogenlərdən, neftdən, qazdan asılılığını azaldırıq. Əgər əvvəllər, məsələn, büdcə gəlirlərinin 50 faizindən çoxu enerji resurslarımızın ixrac satışlarından formalaşırdısa, indi bu, 30 faizdən də azdır. Ona görə də biz istənilən qiymətə dözəcəyik”.

Novak qeyd edib ki, müxtəlif iqtisadçılar bir il ərzində öz hesablamalarını on dəfə dəyişirlər:

"Bunlar öz proqnozlarını faktlara əsaslandıran iqtisadçılardır. Keçən il iqtisadiyyatımız 3,9 faiz artıb, bu, Avropa və ABŞ-dan yüksəkdir. İstənilən vəziyyətdə, istənilən şəraitdə iqtisadiyyatımızın yüksəlişi və vətəndaşlarımızın rifahının yaxşılaşmasını təmin etmək üçün bütün mümkün olanları edəcəyik”.

Musavat.com

30.09.2024 12:02
230