Bolqar öncəgörən Vanqa və fransız astroloq Nostradamusun müxtəlif dövrlərdə yaşamasına baxmayaraq, onlar 2025-ci ildə Avropada müharibə olacağını eyni dərəcədə proqnozlaşdırıblar.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri yazıb.
Qəzetin yazdığına görə, Nostradamus Avropada genişmiqyaslı müharibə barədə xəbərdarlıq edib, bolqarıstanlı nənə isə münaqişə səbəbindən qitənin viran olacağını deyib.