Norveçin neft-qaz şirkəti Equinor 2035-ci ilə qədər ölkənin kontinental şelfindəki yataqlara hər il 60-70 milyard kron (5,7-6,6 milyard dollar) sərmayə qoymağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bunu şirkət rəhbərliyi mətbuat konfransında açıqlayıb.
Equinor-un baş direktoru Anders Opedal bildirib ki, Norveçin neft erası tezliklə bitməyəcək: "Biz Norveç neftinə uzunmüddətli tələb əyrisini görürük və buna görə də investisiya qoymağa davam edirik".
Şirkətin Norveçdəki kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Kjetil Hove bildirib ki, 2035-ci ilə qədər Equinor Norveçin dəniz yataqlarından hasilatı hazırkı gündə 1,2 milyon barel səviyyəsində saxlamaq niyyətindədir.
O əlavə edib ki, Equinor bu müddət ərzində Norveç şelfində ildə 20-30 kəşfiyyat quyusu qazmağı da planlaşdırır.
Musavat.com