Norveçdə daxili sərhəd nəzarəti tətbiq edilib

Norveç hakimiyyəti artan təhlükə fonunda daxili sərhəd nəzarəti tətbiq etmək qərarına gəlib.

Bu barədə Norveç Polisinin Təhlükəsizlik Xidməti məlumat yayıb.

Çərşənbə axşamı Təhlükəsizlik Xidməti, Krallığın səlahiyyətlilərinin Yaxın Şərqdə davam edən eskalasiyanın yaratdığı narahatlıqlar səbəbindən ölkədə terror təhdidinin səviyyəsini orta səviyyədən yüksək səviyyəyə qaldırdığını bildirib.

"Norveçin Polis İdarəsi müvəqqəti daxili sərhəd nəzarəti tətbiq etmək qərarına gəlib. Bu, mürəkkəb təhlükə mənzərəsinə və polisin təhlükəsizlik xidmətinin terror təhlükəsi səviyyəsini orta səviyyədən yüksək səviyyəyə qaldırmaq qərarına əsaslanır”, - idarənin məlumatında deyilir.

Qeyd olunur ki, müvəqqəti sərhəd nəzarəti əvvəlcə oktyabrın 22-dək qüvvədə olacaq, polis sayıqlığın artırılmasına və artan təhlükə səviyyəsi ilə bağlı məlumatların toplanmasına üstünlük verəcək.//Report

12.10.2024 23:03
341