Norveç gəmisini Yəmən husiləri vurub – etiraf

Yəmənin “Ənsarallah” hərəkatının husi üsyançıları İsrailə neft daşıyan Norveç gəmisi “Strinda”ya hücumda gəmi əleyhinə raketdən istifadə ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya məlumat verib.

“Yəmənin hərbi dəniz qüvvələri Norveçin neft daşıyan və İsrailə doğru hərəkət edən “Strinda” gəmisinə qarşı əməliyyat keçirib. O, gəmi əleyhinə raketlə vurulub”, – Sariyanın bəyanatında deyilir.

Musavat.com

12.12.2023 15:15
496