Nizaməddin Şəmsizadənin SON DURUMU

Professor Nizaməddin Şəmsizadənin son vəziyyəti açıqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, yanvarın 23-ü saat 01:20-də Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Həkimlər ona sepsis diaqnozu qoyublar. Hazırda o, süni nəfəs aparatına qoşulub.

Musavat.com

27.01.2025 13:49
795