Akademik Milli Dram Teatrının tanınmış aktrisası Rada Nəsibova Vüsalə Əlizadənin "7 canlı" verilişinin qonağı olub.
Musavat.com milli.az-a istinadən bildirir ki, aparıcının "Rada xanım ailə qurmaq barəsində heç düşünmürmü? Niyə ailə qurmamısınız?" sualına aktrisanın cavabı Vüsalə başda olmaqla digər qonaqları da təəccübləndirib.
Aktrisanın cavabından ailəli olduğu məlum olub: "Mən istəmirdim şəxsi həyatımdan danışım. Amma mən artıq ailə qurmuşam. 1-2 aydır ki, ailəliyəm. Özəl həyatımı paylaşmağı sevmədiyim üçün gizlətdim. Öz aramızda kiçik bir məclis etdik. Sənət dostlarımdan həmin gün yanımda mənə ən yaxın olan insanlar var idi".
Aktrisa həyat yoldaşının incəsənət adamı olmadığını bildirib.
Vüsalə təəccübünü "İncəsənət adamı olasan, çəkilib sakitcə bir kənarda toy edəsən, mən təsəvvür edə bilmədim" sözləri ilə dilə gətirib.