Müğənni Niyam Salami həmkarı Aynur Dadaşovaya evlilik təklif edib.
Bu etiraf “ATV” kanalında yayımlanan “Rəngarəng” verilişində səslənib.
Niyam deyib: “Efirdən deyirəm, əcəb də edirəm. Bu gözəl xanımı sevmişəm. Üzünə də deyirəm. Dedim ki, sən dul, mən dul. Bir kəllə qənd, bir molla, vəssalam”.
Aynur Dadaşova isə həmkarının dediklərinə cavab olaraq bildirib: “Niyam dedi ki, səninlə ailə qurmaq istəyirəm, sənə qarşı fikrim ciddidir. Mən də dedim ki, özüm boyda övladlarım var. Hər şey insanın öz əlindədir. İstəsəm...
Balalarım olmasa, ailə qurardım. 2 övladım var. Dedim ki, Niyam, fikrinə hörmətlə yanaşıram, səni çox istəyirəm. Niyam gözəl dostdur, qayğıkeşdir. O da ayrılıb, ailə qurmaq istəyib. Sevgi elə bir şeydir ki, vara, dövlətə, şan-şöhrətə baxmır, içdən gəlməlidir"./pravda.az