Texnologiya şirkəti Nvidia, Vaşinqtonun ixrac məhdudiyyətlərinə baxmayaraq, 2024-cü ildə Çin şirkətlərinə 12 milyard dollar dəyərində çip satmağı hədəfləyir.
Musavat.com xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
Nəşr qeyd edir ki, xarici korporasiya ABŞ-ın məhdudiyyətlərinə daxil olmayan prosessorlar tədarük etməklə bazarda yerli rəqib Huawei Technologies-in satışını ötmək niyyətindədir. Nvidia-nın bu il Çinə süni intellekt (AI) texnologiyalarını gücləndirmək üçün nəzərdə tutulmuş 1 milyondan çox H20 çipini göndərəcəyi gözlənilir. Onların hər birinin qiyməti 12 min dollardan 13 min dollara qədər dəyişir.
Yarımkeçiricilər üzrə konsaltinq şirkəti olan SemiAnalysis hesab edir ki, ABŞ şirkəti ən son süni intellekt çipi Ascend 910B-ni hazırlayan Huawei Technologies-dən təxminən iki dəfə sürətli olacaq.
Bundan əvvəl “The Wall Street Journal” öz mənbələrinə istinadən xəbər vermişdi ki, Amerika texnologiya şirkəti Nvidia ABŞ-ın ixrac məhdudiyyətlərinə görə Çin şirkətlərindən yeni çiplər üçün sifariş qəbulunu dayandırıb. 2023-cü ilin oktyabrında Vaşinqton qeyd edib ki, süni intellekt modellərinin hazırlanmasında istifadə edilən kompüter çiplərinə qarşı sanksiyaların sonuncu raundu vaxtından əvvəl qüvvəyə minəcək. İndi cihazları performans göstəricilərini aşan hər bir şirkət məhsullarını Çinə göndərmək üçün icazə almaq üçün ABŞ Ticarət Departamentindən ixrac lisenziyası tələb etməlidir.
Musavat.com