"Nikosayağı"nın SON SÖZÜ: "Allah onsuz da mənim cəzamı verib..." - VİDEO

Xəbər verdiyimiz kimi, "Nikosayağı" kimi tanınan bloger Nicat Şakirliyə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Nicat Şakirli 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hökm oxunmazdan əvvəl “Nikosayağı”ya son söz verilib.

"Özümü hadisə ilə bağlı tam təqsirli bilirəm. Allah onsuz da mənim cəzamı verib. Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəyəm. Bundan sonra veriləcək hər bir cəzaya da hazıram. Rəhmətə gedən də mənim öz doğma qardaşımdan ayırmadığım adam idi. Allah rəhmət eləsin. Ailəsindən də bir daha dönə-dönə üzr istəyirəm”, - o deyib.

07.03.2024 11:23
2028