Nikolun küçəni keçməsi gündəm oldu - VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyanın hətta küçəni qarşı tərəfə keçərkən çoxsaylı cangüdənlərin əhatəsində olması diqqət çəkib.

Musavat.com axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası görüntü yayıb.

Bildirilib ki, Hökumət binasının önündən qarşı tərəfdəki küçəyə keçərkən, cəmi bir neçə metrlik yolda Paşinyanı onlarla mühafizəçi qoruyub.

27.03.2024 15:27
2148