Nikolayı "görən" Fatma nənə : "Allaha yalvarırdım ki, gedim Laçına"

"Allaha yalvarırdım mənə ömür ver ki, gedib Laçını görüm. Darvazadan girim, bir yol sağa baxım bir yol sola baxım".

Musavat.com xəbər verir ki, bu sözləri "İTV Xəbər Yekun"a müsahibəsində Laçın sakini Fatma Kərimova deyib.

Fatma Kərimovanın "110" yaşı var. Bu yaşa çatmağında doğulub yaşadığı Laçının təmiz havasının, suyunun böyük rolu var:

"Laçın bolluq yerdir. Laçın kimi yer yoxdu. Havasıda təmizdir. 31 ildir buradan çıxmışam. 99 yaşım var. Amma Sovet höküməti qurulanda onda mən böyük qız idim. Gördüyüm adamlara görə mənim 110 yaşım var. Hələ bəlkə də artıqdır".

Həyat ona yenidən Laçını görməyi nəsib edib. İndi o, Laçında laçın günlərini xatırlayır.

11.12.2023 10:32
1168